Ermənistanda etirazlara görə İrana gedən avtomobil yolu bağlanıb. Bu barədə müxalifətin “Srbazan Paykar” rəsmi Telegram kanalının mesajında deyilir.
Qeyd olunur ki, müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan vətəndaşları aksiyaya gəlməyə çağırıb. Fəallar Əştərək şəhəri yaxınlığında İrana gedən magistral yolu bağlayıblar. İrəvanın bir neçə küçəsi də bağlanıb.
Bundan əvvəl TASS xəbər verib ki, İrəvanda baş nazir Paşinyanın istefasını tələb edən etirazçılar onun iqamətgahı yaxınlığındakı ərazini tərk edərək Respublika meydanına qayıdıblar.
Mayın 26-da Ermənistan müxalifətinin rəhbəri Qalstanyan kütləvi itaətsizlik aksiyalarına çağırıb. Müxalifət baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Həmçinin “Vətən naminə” “Tavuş” fraksiyasının liderlərindən biri Qurgen Melikyan partiyanın Ermənistanın baş naziri postuna Qalstanyanın namizədliyini irəli sürdüyünü bildirib.
Zaxarova bir qədər əvvəl bəyan etmişdi ki, dünyanın gözü qarşısında Ermənistan Qərbin ideyalarını həyata keçirmək üçün alətə çevrilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.