Məhkəmə milyarder və tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri Ruben Vardanyanın apellyasiya şikayətini təmin etməyib. KİV-in məlumatına görə, Vardanyan əvvəllər barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.
Xatırladaq ki, Ruben Vardanyan 2023-cü il sentyabrın 27-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
O, Azərbaycan Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.