Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumaqali baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində iki ölkə arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi və mövcud əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə iki idarə arasında Anlaşma Memorandumu imzalanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.