Amerika nümayəndələri Ermənistan Müdafiə Nazirliyinə Rusiya modelindən uzaqlaşmaqda kömək edəcəklər. Onlar həmçinin nazirliyin ABŞ ilə fəaliyyətinin əlaqələndirilməsinə töhfə verəcəklər.
ABŞ yerli hakimiyyət orqanlarının tələbi ilə bir sıra ölkələrin, o cümlədən Ermənistanın müdafiə nazirliklərinə müşavirlər göndərib.
İntelligence Online yazır ki, Amerika nümayəndələrinin işi bu departamentləri Rusiya modelindən uzaqlaşdırmaq və ABŞ qüvvələri ilə uyğunlaşdırmaqdan ibarət olacaq.
Materialda bu “əməliyyatın özəl qurum tərəfindən həyata keçirildiyi” də bildirilir. O, islah edilmiş ordu üçün gələcək alışları hazırlamalı olacaq.
Nəşr amerikalı müşavirlərin Moldovaya, Ukraynaya və Balkan ölkələrinə də getdiyini vurğulayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.