AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müxalifət və müstəqil deputatlar Zurabişvilinin “Gürcüstan Xartiyası”nı imzalayıblar

  • + A
  • - A
  • 3-06-2024, 23:53

    Müxalifət və müstəqil deputatlar Zurabişvilinin “Gürcüstan Xartiyası”nı imzalayıblar

    Ölkə prezidenti Salome Zurabişvilinin “Gürcüstan Xartiyası”nı 17 müxalifət partiyası və 5 müstəqil deputat imzalayıb. Bu barədə “İnterfaks” xəbər verir.
    Qeyd olunur ki, sənədi imzalayanlar arasında ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat da var.

    Zurabişvili Xartiyası Gürcüstanın avropapərəst kursu ideyasını bölüşən siyasi qüvvələrin birləşməsini bəyan edir. Onun iştirakçıları 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkilərində qalib gəldikdən sonra bir neçə ay ərzində həqiqətən “azad və ədalətli” keçiriləcək növbədənkənar parlament seçkilərini elan etməyi öhdələrinə götürürlər.

    Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti xarici agentlərlə bağlı qalmaqallı qanun qəbul edib. Onu təkcə ölkə daxilində deyil, xaricdə, xüsusən də Qərbdə tənqid ediblər. Onlar qanunun Tbilisini Avropa İttifaqından uzaqlaşdıracağını iddia edib və sanksiyalarla hədələyiblər. Mayın 18-də Zurabişvili veto qoysa da, mayın 28-də parlament bunu ləğv etdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR