Ermənistan və Türkiyə bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edə bildilər. Bunu Ermənistan parlamentində keçirilən dinləmələrdə xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsində biz bir sıra məsələlərdə geniş qarşılıqlı anlaşmaya malikik.
Qeyd edək ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.