Polşanın Rusiya Federasiyasındakı diplomatik missiyasının rəhbəri Kşiştof Krayevski polşalı fəal Marçin Mikolayeklə əlaqə saxladıqdan sonra Yekaterinburqdakı restoranı təcili tərk edib. Bu barədə “İzvestiya” yazır.
Qəzetin yazdığına görə, ictimai fəal diplomata yaxınlaşaraq, respublikanın niyə öz vətəndaşlarını Vladimir Zelenski uğrunda döyüşə göndərdiyi, qarşıdurma xəttində artıq neçə polyakın həlak olması ilə bağlı suallar verib.
Jurnalistlər qeyd ediblər ki, diplomatik missiyanın rəhbəri suallara cavab verməkdən imtina edib və daha sonra təhlükəsizlik qüvvələrinin müşayiəti ilə müəssisəni tərk edib. Onlar əlavə ediblər ki, səfirlik nömrələri və Polşaya uyğun gələn 086 kodlu kortej yol hərəkəti qaydalarını pozub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.