Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Rusiyaya qarşı mümkün NATO əməliyyatlarında iştirak etməyəcəyini bildirib. TASS bu barədə Mandiner jurnalına istinadən xəbər verir.
Orbanın sözlərinə görə, Macarıstan NATO ilə alyansın üzv ölkələrindən kənarda hərbi əməliyyatlarda iştirak etməyəcəyinə dair müqavilə bağlamağa hazırlaşır. Bu cür əməliyyatlara Ukraynada mümkün hərbi hadisələr də daxildir.
“Biz gələcək baş katiblə NATO-nun üzvü olsaq belə, Ukraynada ruslara qarşı əməliyyatlarda iştirak etməyəcəyimiz barədə razılaşmaya getmək istərdik. Biz üzvlüyümüzü qoruyub saxlayacağıq, lakin biz NATO ərazisindən kənarda hərbi fəaliyyətlərdə iştirak etmək istəmirik və buna imkanımız olmalıdır. Qanuni olaraq, bizdə hələ də var, lakin biz bunun siyasi cəhətdən məqbul, təqdim edilə bilən mövqe kimi elan olunmasını gözləyirik”, - Orban bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.