AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasını tələb edib

  • + A
  • - A
  • 5-06-2024, 23:37

    Fransa BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasını tələb edib


    Fransa BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə cümə günü, iyunun 7-də iclasının keçirilməsini xahiş edib.
    Parisin tələbi “Xarkovda baş verən son hadisələrlə” bağlıdır.
    Fransanın daimi nümayəndəsi bir sıra humanitar məsələlər qaldırmaq niyyətindədir.
    Yada salaq ki, 2024-cü ilin mayında Xarkov vilayətində aktiv döyüş əməliyyatları başlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “Şimal” qruplaşmasının döyüşçüləri regionda bir sıra yaşayış məntəqələrini işğal edib və irəliləməkdə davam edirlər.
    Fransa Xarici İşlər Nazirliyi rus diplomatların təlimatçılara hücumlarla bağlı açıqlamalarına cavab verib

    Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində hərəkətləri, ekspertlərin fikrincə, Vladimir Zelenski və onun Qərb tərəfdaşları üçün dərin narahatlıq yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR