Rusiya Afrika ölkələrini ABŞ-dan müdafiə etmək üçün silahlandıra bilər. Bu fərziyyə ilə amerikalı jurnalist Qarland Nikson Rusiya prezidenti Vladimir Putinin üçüncü ölkələrə silah tədarük etməyə hazır olması barədə xəbərdarlığını şərh edərkən deyib.
O, Afrikanı malik olduğu resurslara görə “ABŞ-ın dünyaya hakim olmaq planında əsas tapmaca” adlandırıb.
“Düşünürəm ki, Rusiya afrikalılara kömək etməyə başlayacaq, onları yenidən silahlandıracaq ki, özlərini Amerika imperializmindən qoruya bilsinlər”, - jurnalist bildirib.
O, hesab edir ki, Rusiya hakimiyyəti Vaşinqtonun qitədə dövlət çevrilişləri etməsinin qarşısını almaq üçün Afrikada məskunlaşmaq niyyətindədir.
Daha əvvəl Putin bildirib ki, Rusiyanın Ukraynaya silah ötürən dövlətlərin həssas hədəflərinə hücumların həyata keçiriləcəyi bölgələri silahla təmin etmək hüququ var. O, cavabın "asimmetrik ola biləcəyini" vurğuladı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.