AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ankarada nələri müzakirə ediblər?

  • + A
  • - A
  • 10-06-2024, 22:18

    Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ankarada nələri müzakirə ediblər?


    İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb. Tərəflər ikitərəfli əməkdaşlıq və regional məsələləri müzakirə ediblər.
    Azərbaycan prezidenti İlham Əliyev Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparıb. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

    Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında əlaqələrin genişləndirilməsi, müdafiə və hərbi sənaye sahələrində əməkdaşlıqdan danışıblar.

    Prezidentlər həmçinin Orta Dəhlizin inkişafında ikitərəfli əməkdaşlığın vacibliyini qeyd ediblər. Bundan əlavə, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Ərdoğan iyulda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin keçiriləcəyi Şuşa şəhərinə gələcəyini vurğulayıb.

    Azərbaycan Prezidenti də öz növbəsində Türkiyə liderini BMT-nin noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına dəvət edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR