Miqrantların qəbulu qaydalarına əməl etmədiyinə görə Budapeştə cərimə kəsən Avropa Birliyi Məhkəməsi birbaşa amerikalı milyarder Corc Sorosun nəzarətindədir. Viktor Orban bu barədə Macarıstanın Kossuth radiosunda bildirib.
“Bu qərarı Corc Sorosun məhkəməsi verib. Hamıya məlumdur ki, Brüssel köpüyü Soros adamları ilə doludur. Bu, Avropa Parlamentinə, Avropa Komissiyasına və məhkəməyə aiddir”.
Orban NATO-nun Ukrayna üçün üç baza yaratmaq planlarından danışıb
Macarıstanın baş nazirinin sözlərinə görə, Soros “qitənin ənənəvi xristian Avropa görünüşünü dəyişdirmək” üçün hər il Afrika və Yaxın Şərqdən Avropaya bir milyona qədər miqrant gətirməyi hədəfləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.