AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda seçkilər üçüncü dəfə uzadılıb

  • + A
  • - A
  • 28-06-2024, 23:42

    İranda seçkilər üçüncü dəfə uzadılıb


    İranın Seçki Komissiyası seçki vaxtını növbəti dəfə uzadıb. Ölkə sakinləri saat 00:00-dək namizədə səs verə biləcəklər. Müddətinin uzadılmasına səbəb gün ərzində havaların istiləşməsidir.
    İran Seçki Komissiyasının rəsmisi Möhsün Eslami ölkədə keçirilən prezident seçkilərində səsvermənin daha bir uzadıldığını açıqlayıb.

    Nümayəndə bildirib ki, İslam Respublikasının sakinləri yerli vaxtla saat 00:00-a kimi namizədə səs verə biləcəklər.

    Xatırladaq ki, səsvermə vaxtı əvvəllər iki dəfə uzadılıb: əvvəlcə yerli vaxtla saat 20:00-a, sonra isə 22:00-a qədər.

    Qeyd olunur ki, müddətin uzadılmasına səbəb İranda məskunlaşan gündüz istiləri ilə bağlıdır. Axşam saatlarında seçki məntəqələrində uzun növbələr yaranıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR