AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Agentliyinin yeni sədr müavini kimdir? - DOSYE

  • + A
  • - A
  • Bu gün, 12:04

    Dövlət Agentliyinin yeni sədr müavini kimdir? - DOSYE

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub.

    Bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Vüqar Qurban oğlu Məmmədov ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.

    V.Məmmədov bunadək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsində işləyib.

    O, 4 oktyabr 1969-cü ildə Bakı şəhərində anadan olub. 1976–1986-cı illərdə Bakı şəhəri 42 nömrəli tam orta məktəbi bitirib. 1986–1992-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
    1999–2004-cü illərdə Bakı Dövlət Universitetində Hüquq fakültəsində təhsil alıb.

    Tibb elmləri doktoru, Hüquq elmləri doktoru, professor, məhkəmə-tibbi ekspert, hüquqşünas - tibbi hüquq, məhkəmə təbabəti, bioetika və insan hüquqları sahələrində milli və beynəlxalq ekspertdir

    Qeyd edək ki, təyinat haqda ilk xəbəri "Unikal.az" yayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR