Aprelin 20-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanovla görüşüb.
Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, statistika sahəsində də əməkdaşlığın əhəmiyyəti vurğulanıb, qarşlıqlı əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.