Operativ Qərargahın məlum qərarından sonra qanda antitelin yoxlanması ilə bağlı redaksiyamıza müraciətlər daxil olur. Hamını düşündürən sual - Dövlət xəstəxanalarında antitel yoxlanması varmı, qiyməti neçəyədir?
Azadmedia.az olaraq dövlət xəstəxanalarına müraciət etdik, məlum oldu ki, İTS paketinə qanda antitelin yoxlanması xidməti daxil deyil.
Özəl xəstəxanaların bir neçəsi ilə əlaqə saxlayıb qanda antitelin yoxlqnmasının qiymətini öyrənməyə çalışdıq.
Qiymətlər aşağıdakı kimidir:
Modern Hospital -35 azn
EGE Hospital - 70 azn
Loğman Klinikası - 50 azn pcr-siz
Referans laboratoriya - 48 azn
Siyahını uzatmaq da olar. Seçim sizin cibinizə və yaşadığınız əraziyə görədir.
Yoxlanın, vaksin olunun, birlikdə bu bəlaya qalib gəlib normal həyata qayıdaq.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.