Ermənilər Başqırdıstan Respublikasında bütün prosesləri tənzimləyirlər.
Bu barədə Ufa fəalı Ramila Saitova Yutub kanalında paylaşdığı videoda bildirib.
Onun sözlərinə görə, Başqırdıstanda hər şey ermənilərin əlindədir:
“Ermənilər istədiklərini edirlər. Bir neçə gün öncə özümdən Başqırdıstanda niyə bu qədər erməninin olduğunu soruşduğum bir video çəkdim. Bir müddət sonra isə Başqırdıstan Respublikası Prokurorluğu tərəfindən mənim ekstremizmə görə mühakimə olunduğumu bildirən bir əmr verildi. Prokurorluqda olarkən anladım ki, bu sistem tamamilə ermənilərin nəzarətindədir. Hazırda ermənilər respublika prokurorluğunu və bir sıra hüquq-mühafizə orqanlarını ələ keçiriblər. Ermənilər başqırdların bizneslərini də əllərindən alırlar və biz bununla heç nə edə bilmirik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.