Bakının Nizami rayonunun Özbəkistan küçəsində yerləşən yaşayış binalarından birində maraqlı hadisə yaşanıb.
AzadMedia.az Oxu.Az-a istinadən xəbər verir ki, bir qadın yaşayış binasının üçüncü mərtəbəsindən ev əşyalarını atmağa başlayıb.
Hadisə şahidlərinin dediyinə görə, qadın qızıl-zinət əşyalarını, qab-qacaq, ütü kimi ev əşyalarını yola atıb.
Qadının hərəkətinin dəqiq səbəbi bilinmir. Ancaq hadisəyə məişət zəminində ailə daxili problemin səbəb olduğu güman edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.