AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yol polisi sürücünü zor tətbiq edərək saxlayıb? - Rəsmi açıqlama+Video

  • + A
  • - A
  • 28-04-2021, 12:15


    Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi sürücünün evinin qarşısında polis əməkdaşları tərəfindən zor tətbiq edilərək saxlanılması xəbərinə münasibət bildirib.

    İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov AzadMedia.az a bildirib ki, aprelin 25-də paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində “Mersedes” markalı 90-RN-261 dövlət qeydiyyat nişanlı avtomobil davamlı olaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi tərəfindən “Saxla!” işarəsi verilib.

    Polisin qanunu tələblərinə məhəl qoymayan 51 yaşlı Miradəm Nağıyevin idarə etdiyi avtomobil əraziyə çağırılan əlavə naryad qrupu tərəfindən yaradılan süni tıxacla dayandırılıb. Avtomobili tərk edərək qaçmağa cəhd göstərən sürücü saxlanılaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə təhvil verilib.


    Əlavə edim ki, sürücü qanunsuz əməlindən polisi yayındırmaq üçün bədən xəsarəti alması ilə bağlı təcili yardıma zəng vurub. Qeyd edilən iddiaların təfərrütlarının araşdırılması ilə bağlı ekspertiza təyin edilib. Hazırda polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir".

    Xatırladaq ki, iddiaya görə, yol polisi əməkdaşları Miradəm Nağıyevi evinin qarşısında boğaraq saxlayıblar. Daha sonra həmin şəxs hadisə yerinə təcili tibbi yardım çağırıb. Bundan sonra M.Nağıyevin ailə üzvləri də polis bölməsinə aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR