AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceff Bezos kosmosa uçdu - Video

  • + A
  • - A
  • 20-07-2021, 20:20

    Ceff Bezos kosmosa uçdu - Video


    Dünyanın ən zəngin insanlarından biri, “Amazon” korporasiyasının təsisçisi Ceff Bezos kosmosa uçub.

    AzadMedia.az
    xarici mətbuata istinadən xəbər verir ki, “New Shepard” adlı komsik gəmini Bezosun yeni “Blue Origin” şirkəti tikib. Şirkətin məqsədi kosmik turizmi inkişaf etdirməkdir.

    Kosmosa Bezosla bərabər onun qardaşı Mark Bezos, 18 yaşlı tələbə Oliver Demen, həmçinin 82 yaşlı Uolli Fank yollanıb. Sonuncu 60-cı ilin əvvəllərində ilk astronavtların hazırlıq proqramı üzrə təlim keçmiş, lakin kosmosa uçmamışdı.

    Qeyd edək ki, raket ABŞ-ın ilk astronavtlarından biri olan Alan Şepardın şərəfinə adlandırılıb. Bezos kosmosa digər milyarder – “Virgin Group” korporasiyasının təsisçisi Riçard Brensondan sonra uçub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR