AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tovuzda tibb məntəqəsinin binası təhlükə saçır - VİDEO

  • + A
  • - A
  • 12-04-2023, 09:57

    Tovuzda tibb məntəqəsinin binası təhlükə saçır - VİDEO

    Tovuz rayonunun Alakol kəndində yerləşən həkim məntəqəsinin binası bərbad vəziyyətdədir.

    Xezerxeber.az-ın məlumatına görə, bina 1988-ci ildə inşa edilib.

    Birinci Qarabağ müharibəsi zamanı məntəqənin ikinci mərtəbəsi əvvəlcə hospital, daha sonra isə məktəb binası kimi fəaliyyət göstərib. Hazırda yararsız vəziyyətdədir.

    Elektrik naqillərinin birləşdiyi yuva açıq vəziyyətdədir. Pasiyentlərin dincəlməsi üçün nəzərdə tutulan çarpayı baxımsız haldadır. Dərman vasitələri isə pis şəraitdə saxlanır. Problemlər bununla yekunlaşmır.
    Həkim məntəqəsinin müdiri Telman Cəfərov da baxımsızlıq ucbatından insanlara normal xidmət göstərə bilmədiklərini etiraf edib.

    Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, həkim məntəqəsinin vəziyyəti qənaətbəxş deyil. Bu barədə aidiyyəti üzrə məlumat verilib. Nəzərdə tutulan tədbirlər planına uyğun olaraq həmin məntəqənin gələcəkdə təmiri planlaşdırılır.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR