AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Yerdə yaranan fəsadlar Bakı ilə İrəvan arasında danışıqların “dondurulmasına” maneə olmamalıdır" - Rusiya XİN:

  • + A
  • - A
  • 27-01-2023, 20:20

    "Yerdə yaranan fəsadlar Bakı ilə İrəvan arasında danışıqların “dondurulmasına” maneə olmamalıdır" - Rusiya XİN:


    "Rusiya tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərliyi altında Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqları təşkil etməyə hazır olduğunu təsdiq edir. Bu barədə həm İrəvana, həm də Bakıya məlumat vermişik"

    Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

    “Biz hesab edirik ki, yerlərdə vaxtaşırı yaranan fəsadlar danışıqlar prosesinin bir növ dondurulması üçün maneəyə, səbəbə çevrilməməlidir və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə işi mümkün qədər tez bərpa etmək lazımdır. O cümlədən sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR