DİN-in Mətbuat Xidmətindən Azasmedia.az-a bildirilib ki, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşmışdır.
Yaralı xəstəxanaya yerləşdirilmiş, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılmışdır.
RPİ-də araşdırmalar aparılır
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.