Rəsmi Tehran Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaqın gedişi ilə bağlı bizə məlumat vermir. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, səfirlikdə törədilən terror aktı zamanı xəsarət almış mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanovun vəziyyəti qənaətbəxşdir və müalicələri davam etdirilir.
Xatırladaq ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub.
Hücumçu diplomatik nümayəndəliyin mühafizə postuna soxulub və təhlükəsizlik
xidmətinin rəhbərini Kalaşnikov avtomatı ilə öldürüb. Səfirliyin daha iki mühafizəçisi də hücumu dəf edərkən yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.