Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a bildirilib ki, bu gün saat 19:20 radələrində Ramiz Qəribov idarə etdiyi "QAZ-3102"markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndində hərəkətdə olarkən piyada, 2003 - cü il təvəllüdlü Laçın Mahmudovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.