AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Boko Haram” ölkə iqtisadiyyatına zərər verir - UNİCEF-in Nigeriya Nümayəndəsi

  • + A
  • - A
  • 8-09-2023, 08:33

    “Boko Haram” ölkə iqtisadiyyatına zərər verir -


    BMT-nin Uşaq Fondu (UNİCEF) Nigeriyanın şimal-şərqində törədilən terror aktlarının 13 ildə ölkəyə 100 milyard dollar ziyan vurduğunu açıqlayıb.

    Azadmedia.az xəbər verir ki, UNİCEF-in dərc etdiyi “Nigeriyanın şimal-şərqindəki qarşıdurmaların iqtisadi bədəli” başlıqlı hesabatda Adamava, Borno və Yobe əyalətlərində hücumlar həyata keçirən terror təşkilatı “Boko Haram”ın ölkə iqtisadiyyatına zərər verdiyi bildirilib.

    Belə ki, həmin hesabatda ştatlarda törədilən terror aktlarının 13 il ərzində ölkə iqtisadiyyatına 100 milyard dollar ziyan vurduğu, hətta münaqişələr bitsə belə, zərərin 150-200 milyard dollara çata biləcəyi qeyd edilib.

    Qeyd edək ki, UNİCEF-in Nigeriya Nümayəndəsi Kristian Munduate hesabatla bağlı verdiyi açıqlamada münaqişələrin ölkə iqtisadiyyatının inkişafını pozduğunu deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR