AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair mətbuat buraxılışı təqdim olunub

  • + A
  • - A
  • 30-12-2022, 18:16

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair mətbuat buraxılışı təqdim olunub



    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair

    MƏTBUAT BURAXILIŞINI AZADMEDİA.AZ TƏQDİM EDİR:

    Azərbaycan Respublikası 2022-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursunu uğurla həyata keçirib.

    Beynəlxalq münasibətlər sistemində artmış gərginlik və bununla bağlı yaranmış çağırışlar
    fonunda xarici siyasətimiz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dövlətimizin milli maraqlarının təmin olunmasına, Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsinə, o cümlədən milli təhlükəsizlik və sosial-iqtisadi inkişaf üçün əlverişli xarici mühitin yaranmasına yönəlib.
    Xarici dövlətlər ilə ikitərəfli münasibətlər
    2022-ci il ərzində xarici dövlətlərlə ikitərəfli münasibətlərin daha da inkişafı istiqamətində əməli tədbirlər görülüb. Bununla yanaşı, Azərbaycan Respublikasının bir çox dövlətlər ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd edilib. Bu istiqamətdə, həm Azərbaycanda, həm də aidiyyəti ölkələrdə müxtəlif tədbirlər həyata keçirilib. Xarici İşlər Nazirliyində 19 ölkə ilə diplomatik əlaqələrin 30 illiyinə, 1 ölkə ilə isə diplomatik əlaqələrin 25 illiyinə həsr olunmuş tədbirlər təşkil olunub, foto və sənədlərin sərgiləri nümayiş etdirilib. Ümumilikdə, 69 ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi, 2 ölkə ilə isə 25 illiyi qeyd olunub.
    Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan Respublikası üçün qonşuları ilə münasibətləri prioritet olaraq qalıb.
    Azərbaycanla Türkiyə arasında genişmiqyaslı müttəfiqlik münasibətləri uğurla davam edib. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə Prezidentləri arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi hər iki ölkənin Parlamentləri tərəfindən ratifikasiya olunaraq, cari ilin fevral ayında qanun kimi qüvvəyə minib. Saziş Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişafı üçün zəmin yaradıb. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın 26-29 may 2022-ci il
    tarixində Bakıda keçirilmiş “Teknofest Azərbaycan” festivalında və 20 oktyabr 2022-ci il tarixində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin isə 10 mart 2022-ci il tarixində Ankaraya işgüzar səfəri, 14 may 2022-ci ildə Rize-Artvin Hava Limanının və 9 avqust 2022-ci ildə Konya şəhərində keçirilən İslam Həmrəylik Oyunlarının açılış mərasimində iştirakı xüsusilə qeyd olunmalıdır. Bundan əlavə, 4 noyabr 2022-ci ildə Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib.
    Azərbaycan-Rusiya əməkdaşlığı 2022-ci ildə davam edib. 22 fevral 2022-ci ildə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyaya rəsmi (21-23 fevral, Moskva şəhəri) və işgüzar səfərləri (7 oktyabr Sankt-Peterburq şəhəri, 31
    1

    oktyabr Soçi şəhəri, 26 dekabr Sankt-Peterburq şəhəri) baş tutub. 17-18 noyabr tarixlərində Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. 26 aprel 2022-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası keçirilib. Həmçinin iki ölkənin xarici işlər nazirləri səviyyəsində səfərlər baş tutub.
    Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla yanaşı sabit əsasda inkişaf edib. İki dövlət arasında ali səviyyədə səfərlər baş tutub və müvafiq dövlət qurumları arasında sahəvi əməkdaşlıq davam edib. 24 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana işgüzar səfər həyata keçirib. Dekabrın 15-də Tbilisidə baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası
    keçirilib.
    Azərbaycan Respublikasının İranla qarşılıqlı əsasda münasibətlərinin inkişafı üzrə səy göstərilib. 13 oktyabr 2022-ci ildə Astanada keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İranın Prezidenti cənab Seyid İbrahim Rəisi ilə görüşü baş tutub. 10-11 mart 2022-ci ildə Bakı şəhərində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilib. 4 iyul 2022-ci ildə Azərbaycan Respublikası xarici işlər nazirinin İrana rəsmi səfəri həyata keçirilib.
    2022-ci il Azərbaycanın dost və qardaş Mərkəzi Asiya dövlətləri ilə münasibətləri xüsusilə intensivlik və məzmun baxımından çox zəngin olub. Cari ildə Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Azərbaycan Prezidentinin isə Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstana səfərləri baş tutub. Həmçinin, 2022-ci ildə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla hökumətlərarası komissiyaların növbəti iclasları keçirilib. Bununla yanaşı, 23 fevral 2022-ci ildə Düşənbədə Azərbaycan-Tacikistan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.
    İl ərzində ABŞ, Çin və Avropa dövlətləri ilə münasibətlərimiz diqqət mərkəzində olub.
    Cənubi Şərqi Avropa ölkələri ilə qarşılıqlı maraqlar əsasında münasibətlərin uğurla inkişafı xüsusilə qeyd edilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliyaya, Bolqarıstana, Albaniya və Serbiyaya səfərlər edib. Öz növbəsində, Albaniya Respublikasının Baş naziri, Bolqarıstan Respublikasının Baş naziri, eləcə də Serbiya Prezidenti ölkəmizdə səfərdə olub.
    Mərkəzi, Şimali və Cənubi Amerika, Yaxın Şərq, Afrika və Asiya dövlətləri ilə qarşılıqlı maraqlar əsasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq münasibətləri davam edib, işgüzar səfərlər həyata keçirilib və siyasi məsləhətləşmələr təşkil olunub.
    2022-ci ildə yeni diplomatik missiyaların açılması işi davam etdirilib. Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) və Albaniyada Səfirliyinin, Fələstində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin, Keniyada Səfirliyinin və BMT-nin Nayrobi ofisi yanında Daimi Nümayəndəliyinin təsis edilməsi barədə müvafiq sərəncamlar imzalanıb. 2021-ci ildə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda təsis edilmiş səfirliyinə ölkəmizin səfiri 2022-ci ildə təyin edilib. Bununla yanaşı, 2020-ci ildə Kubada, 2021-ci ildə isə Bosniya və Herseqovinada təsis edilmiş
    2

    səfirliklərimizə səfir təyinatları baş tutub. Ümumilikdə, Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 89-a çatıb (66 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 8 səfirlik və təmsilçilik ofisi).
    Çoxtərəfli və ikitərəfli əsasda hüquqi sənədlərin imzalanması istiqamətində iş aparılıb. 2022-ci il ərzində müvafiq prosedurlara uğun olaraq Azərbaycan-İran-Rusiya arasında 1 sənəd, Azərbaycan-Türkiyə-Türkmənistan arasında 6 sənəd, Azərbaycan-Gürcüstan-Rumıniya- Macarıstan arasında 1 sənəd imzalanıb. Bununla yanaşı, 27 ölkə ilə ümumilikdə 150 sənədin imzalanması təmin edilib.
    Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq
    2022-ci ildə Azərbaycan Respublikasının BMT üzvlüyünə qəbul edilməsinin 30 ili tamam olub. Azərbaycan əvvəlki illərdə olduğu kimi beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə öz töhfələrini verib.
    18 mart tarixində Şuşa şəhərində BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümü ilə bağlı beynəlxalq konfrans keçirilib, Şuşada ilk dəfə olaraq BMT bayrağı ucaldılıb. Tədbir çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri və Azərbaycan Respublikasının Prezidentinin köməkçisinin, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisinin, BMT təşkilatlarının rəsmilərinin iştirak etdiyi konfransda post-münaqişə dövrü məsələləri, azad edilmiş ərazilərin bərpası, Azərbaycan və BMT-nin Sabit İnkişaf Məqsədləri çərçivəsində tərəfdaşlığı müzakirə edilib.
    İl ərzində ölkəmizə BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri, BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki Bölməsinin Baş direktoru, BMT-nin Məskunlaşma Proqramının (UN Human Settlements Program - UN-HABITAT) icraçı direktoru və digər BMT rəsmilərinin səfərləri təşkil edilib.
    Azərbaycan tərəfindən BMT Baş Assambleyasının 77-ci sessiyasında irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə, eləcə də ölkəmizin əsas müəllifliyi ilə iki ildən bir irəli sürülən “Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi” adlı qətnamə layihəsi BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyanın 66-cı sessiyasında yenidən konsensusla qəbul edilib.
    1 aprel 2022-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 49-cu sessiyası çərçivəsində Azərbaycan və Ekvadorun təşəbbüsü ilə irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə yekdilliklə qəbul edilib.
    İl ərzində Azərbaycanın Qoşulmama Hərəkatında (QH) sədrliyi uğurla davam edib.
    26 may 2022-ci il tarixində Azərbaycan sədrliyinin Afrika qitəsinə verdiyi xüsusi diqqəti nümayiş etdirmək və Hərəkatın Afrika İttifaqı ilə əməkdaşlıq əlaqələrini gücləndirmək məqsədilə Xarici İşlər Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qoşulmama
    Hərəkatının təkamülündə Afrika irsi” mövzusunda konfrans təşkil edilib.
    Azərbaycan Respublikasının ev sahibliyi ilə 30 iyun-1 iyul 2022-ci il tarixində QH Parlamentlər Şəbəkəsinin (QHPŞ) Bakı Konfransının, 25-29 iyul 2022-ci il tarixlərində isə QH-nin Gənclər
    3

    Sammitinin keçirilməsi və bu tədbirlərin yekunu olaraq QHPŞ-nin və QH-nin tarixdə ilk dəfə olaraq Gənclər Təşkilatının fəaliyyət modallıqlarını tənzimləyən sənədlərin, eləcə də bu qurumların loqo və bayraqlarının qəbul edilməsi QH-nin təsisatlanması istiqamətində əldə
    edilmiş mühüm nailiyyətlər olub.
    QHPŞ-nin Bakı Konfransı çərçivəsində baş tutmuş seçkilər nəticəsində Milli Məclisin Sədri xanım Sahibə Qafarova QH PŞ-nin sədri seçilib. QH Gənclər Sammitinin yekun sənədi tədbirin
    Şuşa seqmentində qəbul edilib və Şuşa Akkordu adlandırılıb.
    22 oktyabr 2022-ci il tarixində Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisinin Ofisi ilə birlikdə Azərbaycan-BMT əməkdaşlığının 30 illiyi ilə əlaqədar Bakı şəhərində Beynəlxalq Xeyriyyə Yarmarkası təşkil olunub. Tədbir həmçinin hər il 24 oktyabr tarixində qeyd olunan BMT Günü və 26 oktyabr 2022-ci il tarixində ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin üçüncü ildönümünə həsr olunub.
    İl ərzində Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa xüsusi önəm verilib. Azərbaycan təşkilatın işində fəal iştirak edib və bir sıra təşəbbüslər irəli sürüb. Təşkilat
    çərçivəsində mühüm qərarlar qəbul edilib.
    Təşkilatın 11 noyabr 2022-ci il tarixində Səmərqənddə Doqquzuncu Zirvə Görüşü keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Zirvə toplantısında qəbul edilmiş Səmərqənd Bəyannaməsində, digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və dəstəklənməsi əsasında normallaşdırılmasına dəstək ifadə olunub. Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfənin verilməsinə hazırlıq bir daha təsdiq edilib. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması istiqamətində
    səylərə dəstək ifadə olunub.
    31 mart 2022-ci il tarixində Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk
    dünyasının mədəniyyət paytaxtı” elan edilib.
    13-14 may 2022-ci il tarixlərində Bursada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 8-ci iclasında növbəti 9-cu iclasının 2023-cü ildə Şuşa şəhərində keçirilməsi
    barədə qərar qəbul olunub.
    Bununla yanaşı,
    11 noyabr 2022-ci il tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX
    Zirvə Görüşündə qəbul edilmiş qərara əsasən akademik Şahin Mustafayev mərkəzi
    Qazaxıstanda yerləşən Beynəlxalq Türk Akademiyasının prezidenti seçilib.
    2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq davam etdirilib. Azərbaycan Respublikasının Avropa İttifaqı ilə gələcək əməkdaşlığının hüquqi əsasını təşkil edəcək yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlar aparılıb. İyulun 19-da Brüsseldə Avropa İttifaqı və Azərbaycan arasında Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilib və iclasda xarici işlər naziri iştirak edib. Oktyabrın 6-da Avropa İttifaqının Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti iştirak edib və
    4

    bəyanatla çıxış edib. 12 dekabr 2022-ci il tarixində xarici işlər naziri Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib. İclasda Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək istiqamətləri, regional təhlükəsizlik, Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında münasibətlərin perspektivləri haqqında
    müzakirə aparılıb.
    Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı,
    NATO, Avropa Şurası,
    Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM),
    Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq təşkilatlar və
    platformalar çərçivəsində əməkdaşlığı davam edib.
    Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında silahlara nəzarət və tərksilah məsələləri daxil olmaqla, hərbi siyasi sahədə inam və təhlükəsizlik yaratma sahəsində ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrlik edib. Azərbaycanın TƏF-ə sədrliyi dövründə hərbi- siyasi ölçünün geniş spektri üzrə mövzular, o cümlədən, mina fəaliyyəti, post-münaqişə dövründə bərpa işləri, Avropa təhlükəsizlik arxitekturasında bloklara daxil olmayan dövlətlərin rolu kimi məsələlər üzrə ATƏT çərçivəsində dialoq və anlaşmanın təşviq edilməsinə töhfə verib.
    22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyası keçirilib. Tədbirdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı dörd qətnamə qəbul edilib. İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.
    İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıda Regional Ofisinin yerləşməsi barədə 20 may 2022-ci il tarixində Azərbaycan Respublikası Hökuməti ilə ICESCO arasında Saziş imzalanıb. 24 dekabr 2022-ci il tarixində “Azərbaycan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı” imzalanıb.
    2022-ci ildə Azərbaycan-NATO tərəfdaşlığı öz strateji əhəmiyyətini saxlayıb, tərəflər arasında yüksək səviyyəli dialoq və praktiki əməkdaşlıq davam edib. 15 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və NATO-nun Baş katibi cənab Yens Stoltenberq arasında telefon danışığı aparılıb. 19 iyul 2022-ci il tarixində NATO mənzil qərargahında xarici işlər naziri Ceyhun Bayramov baş katib Yens Stoltenberqlə görüşüb. 28-29 aprel 2022-ci il tarixində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ölkəmizə səfər edib. İl ərzində NATO ilə əməkdaşlıq şəraitində beynəlxalq sülh və təhlükəsizliyə töhfə sahəsində milli imkanların artırılması və müdafiə islahatları sahəsində səylər davam edib və bu mövzuda yeni tərəfdaşlıq məqsədləri razılaşdırılıb.
    Şanxay Əməkdaşlıq Təşkilatının 15-16 sentyabr tarixlərində Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Özbəkistan Prezidentinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti ilk dəfə fəxri qonaq qismində iştirak edib. Bu ölkəmizin ŞƏT ilə əməkdaşlığının inkişaf etdirilməsi
    5

    istiqamətində mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq sülh, təhlükəsizlik və inkişafın təmin edilməsində artan rolunun beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilməsinin daha bir nümunəsidir.
    Həmçinin, 1 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Ərəb Dövlətləri Liqasının Əlcəzair şəhərində keçirilən 31-ci Sammitində fəxri qonaq qismində iştirak edib.
    2022-ci il ərzində beynəlxalq qurumların seçkili vəzifələrinə Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş namizədliklərin təşviq edilməsi istiqamətində fəaliyyət davam etdirilib. Ölkəmiz bir sıra seçkilərdə uğur qazanıb.
    Aparılmış uğurlu seçki kampaniyalarının nəticəsi olaraq, Azərbaycan vətəndaşları bir sıra nüfuzlu beynəlxalq qurumlara, o cümlədən BMT-nin İnsan Hüquqları Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) 2023-2026-cı illər üzrə üzvlüyünə, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (IPHRC) 2022-2025-ci illər üzrə üzvlüyünə, Beynəlxalq Telekommunikasiya İttifaqının Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçilib. Bundan əlavə, ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının 2023-2026-cı illər üzrə üzvü və Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin sədr müavini vəzifəsinə seçilib. Azərbaycan bununla yanaşı, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin sədr müavini seçilib.
    İqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq
    Azərbaycan uzun illər ərzində regional və qlobal əhəmiyyətli iqtisadi, enerji və nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsi istiqamətində təşəbbüslər irəli sürüb və əməli addımlar atıb.
    2022-ci il Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminində və tranzit daşımalarında oynadığı rolu daha da artıb.
    18 iyul tarixində Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu ənənəvi enerji tərəfdaşlığının genişləndirilməsi ilə yanaşı yaşıl və bərpa olunan enerji üzrə potensial əməkdaşlığı da ehtiva edir. 2027-ci ilədək Cənub Qaz Dəhlizinin potensialının 20 milyard kub metrə çatdırılmasını hədəfləyən Memorandum Qərbi Balkan regionunun enerji təchizatının şaxələndirilməsində mühüm addım hesab olunur.
    Bununla yanaşı, Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib və Azərbaycan Respublikasının Prezidenti tədbirdə iştirak edib. Dekabrın 16-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Romgaz S.A.” arasında Azərbaycandan Rumıniyaya qaz tədarükünə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən
    İqtisadi Əməkdaşlıq Təşkilatına və BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi
    Proqramına (SPECA) 2023-cü il üzrə sədrliklərin (1 il müddətinə) Azərbaycan Respublikasına
    keçməsi ilə bağlı qərarlar qəbul edilib.
    6

    təbii qazın Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə Rumıniyaya planlı nəqli nəzərdə tutulur.
    17 dekabrda Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Saziş, Azərbaycan mənbə olmaqla, Xəzər və Qara dəniz regionunda bərpa olunan enerji istehsalı potensialından istifadə edilməsini, enerji təchizatının şaxələndirilməsini nəzərdə tutur.
    Qeyd edilənlərlə yanaşı, Şərq Tərəfdaşlığı (ŞT) üzrə İqtisadi və İnvestisiya Planı çərçivəsində ölkəmizə növbəti beş il ərzində ən azı 2 milyard avro vəsaitin ayrıla biləcəyi Aİ tərəfindən bəyan edilib. Prioritet layihələrin müəyyənləşdirilməsi üçün yüksək səviyyəli İşçi Qrupu yaradılıb və onun ilk iclası 7 dekabr tarixində Bakıda baş tutub.
    Bununla yanaşı, ölkəmizin tranzit-nəqliyyat potensialının gücləndirilməsi istiqamətində müvafiq fəaliyyət həyata keçirilib. Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, regional nəqliyyat və infrastruktur layihələri istiqamətində səy göstərilib, müvafiq razılaşmalar əldə edilib. 10-11 mart 2022-ci ildə Bakı şəhərində Azərbaycan ilə İran arasında “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb. 2022-ci ilin 9 sentyabr tarixində Bakı şəhərində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin inkişafı, dayanıqlığının artırılması və rəqabət qabiliyyətliliyinin yüksəldilməsi məqsədilə Azərbaycan, Rusiya və İran arasında baş nazirlərin müavinləri səviyyəsində birinci üçtərəfli görüş keçirib. Görüşdə imzalanmış Bakı Bəyannaməsində həmçinin regionda bütün iqtisadi və nəqliyyat bağlantılarının, o cümlədən Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan MR birləşdirən nəqliyyat bağlantılarının açılması və inkişafının vacibliyi əksini tapmışdır.
    Eyni zamanda, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Türkiyə-Özbəkistan və s. bu kimi üçtərəfli əməkdaşlıq formatlarından – diplomatiyanın yeni təcrübəsindən istifadə olunmaqdadır. 2022-ci ildə
    Avaza Milli Turizm Zonası, Türkmənistan) Azərbaycan-Qazaxıstan-Türkiyə xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərin (27 iyun 2022-ci il, Bakı; 25 noyabr 2022-ci il Aktau, Gürcüstan tərəfi də iştirak etmişdir) və Azərbaycan-Özbəkistan-Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat sahələri üzrə məsul nazirlərin (2 avqust 2022-ci il, Daşkənd) üçtərəfli toplantıları
    keçirilib.
    Dekabrın 14-də Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Avaza şəhərində Zirvə Görüşündə müxtəlif sahələr üzrə, o cümlədən energetika, ticarət, gömrük, nəqliyyat, təhsil və mədəniyyət sahələri üzrə sənədlər qəbul olunub. Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizinin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
    Azərbaycan tərəfindən humanitar sahədə işlər 2022-ci ildə geniş şəkildə davam etdirilib. Azərbaycan tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və İslam Dünyasının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) dəstəyi ilə irəli sürülmüş “Mədəniyyət naminə sülh” qlobal kampaniyası barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində iş aparılıb, 2022-ci ilin mayında Nyu-Yorkda “Mədəniyyət naminə sülh” təşəbbüsünün icrası üçün
    Türkmənistan,
    Azərbaycan və Türkiyə Dövlət Başçılarının Üçtərəfli Zirvə Görüşü (14 dekabr 2022-ci il,
    , eləcə də
    7

    Alyansla 2022-2027-ci illəri əhatə edən Fəaliyyət Planının icrasına dair saziş imzalanıb. 5-19 Oktyabr tarixlərində keçirilmiş UNESCO İcraiyyə Şurasının 215-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən təqdim edilən “Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək” adlı qərar layihəsi yekdilliklə qəbul edilib.
    İl
    ərzində Azərbaycan Respublikası həmçinin beynəlxalq səviyyədə humanitar yardım və
    inkişafa dəstək fəaliyyətini davam etdirib. İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün 5 tədris ili müddətinə (2018-2022) təsis edilmiş təhsil qrantı proqramlarının sonuncu qəbul prosesi uğurla tamamlanıb, 36 ölkədən 40 tələbə ölkəmizin ali təhsil müəssisələrində təhsil almaq üçün tam təqaüd qazanıb. Beləliklə, 5 il ərzində sözügedən proqramlar çərçivəsində 90-a yaxın ölkədən tam təqaüd haqqı qazanmış tələbələrin
    sayı 200-ə çatıb.
    İl ərzində İraq, Braziliya, Efiopiya və Uqanda kimi dövlətlərdə fəaliyyət göstərən məktəb və xüsusi tədris mərkəzlərinə yardımlar göstərilib, Cənubi Sudan, Efiopiya, Əfqanıstan, Somali,
    Yəmən, Surinam, Pakistan və Ukraynaya humanitar yardım edilib.
    27 fevral tarixindən başlayaraq Ukraynaya humanitar yardım göndərilib. Dərman vasitələri, tibbi sərfiyyat malları, tibbi avadanlıqlar, qida və ərzaq məhsulları və körpə uşaq qayğısı məhsullarından ibarət olan humanitar yardımlara cari ilin dekabr ayında artıq ilk hissəsi Ukraynaya çatmış güc transformatorları və generatorlar əlavə olunub (ümumi məbləği 1 milyon 422 min manat və ya 830 min ABŞ dollarından artıq). Ümumilikdə, Azərbaycan Respublikası tərəfindən Ukraynaya göstərilmiş humanitar yardımın məbləği 30 milyon manata (17.5 milyon dollara) yaxın, ümumi həcmi isə təxminən min (1000) tondur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya
    məqsədilə ölkəmizə gətirilib.
    Bundan əlavə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Əhali Fondu, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin Fövqəladə Hallara Qarşı Mərkəzi Cavab Fondu, Ümumdünya Səhiyyə Təşkilatı kimi qurumların qlobal fəaliyyətinə, eləcə də BMT- nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlar üzrə Yardım və İş Agentliyinin (UNRWA) fəaliyyətinə müvafiq maliyyə dəstəyi göstərilib. İl ərzində İslam İnkişaf Bankı və digər tərəfdaşlarla birgə Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası AIDA-nın (Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım
    Agentliyi) maliyyə dəstəyi ilə davam etdirilib.
    Post-münaqişə dövründə diplomatik fəaliyyət
    Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq hüququn təmin edilməsi ilə bölgədə yaranan yeni reallıqlar çərçivəsində maraqlarımızın irəlilədilməsi prioritet təşkil edib.
    Vətən müharibəsi və Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması nəticəsində Ermənistan və Azərbaycan arasında suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin qurulması 2022-ci ildə xarici siyasətin əsas istiqamətlərindən biri olub.
    8

    İl ərzində davamlı, ardıcıl və məqsədyönlü addımlar nəticəsində Azərbaycan tərəfindən təşviq edilən sülh gündəliyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib, bu dövr ərzində beynəlxalq tərəfdaşların vasitəçiliyi və təşkilatçılığı ilə təmaslar məhz Azərbaycanın təşviq etdiyi gündəlik əsasında Ermənistanla birbaşa ikitərəfli danışıqlar formatında irəlilədilib.
    Normallaşma gündəliyi Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin əsaslarını müəyyən edəcək sülh müqaviləsinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və iki dövlət arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası kimi üç əsas istiqamətdə qurulub.
    Bu çərçivədə, əsas inkişaflar qismində Azərbaycanın 2021-ci ildə sülh sazişi imzalanması təklifinə uyğun olaraq, sülh sazişi üzrə baza prinsiplərinin cari ilin fevral ayında Azərbaycan tərəfindən hazırlanıb Ermənistana təqdim edilməsini, 2 oktyabr 2022-ci il tarixində Cenevrədə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin iki ölkə arasında gələcək münasibətlərin əsasını təşkil edəcək sülh müqaviləsinin mətni üzrə praktiki danışıqların başlanmasını, eləcə də sərhədin delimitasiyası üzrə hər iki tərəfdən müvafiq komissiyaların təsis edilməsi və bu komissiyaların ikitərəfli əsasda görüşlərinin keçirilməsini qeyd etmək olar.
    Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Ş.Mişelin iştirakı ilə 2022-ci ilin 6 aprel, 22 may və 31 avqust tarixlərində Brüsseldə, Ş.Mişel və Fransa prezidenti E.Makronun iştirakı ilə 2022-ci ilin 4 fevral tarixində virtual, 6 oktyabr tarixində Praqada, 31 oktyabr tarixində Rusiya liderinin iştirakı ilə Soçidə – ümumilikdə 7 görüş keçirilib.
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli formatda 2022-ci ilin 16 iyul tarixində Tbilisidə, 2 oktyabr tarixində Cenevrədə, 7 noyabr tarixində Vaşinqtonda - ümumilikdə 3 görüş keçilib. Bundan başqa, 2022-ci ilin 11 və 23 aprel tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iki dəfə birbaşa, bir dəfə - 4 oktyabr 2022-ci tarixində ABŞ dövlət katibinin iştirakı ilə telefon danışığı baş tutub. Eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 12 may tarixində Düşənbədə, 14 oktyabr tarixində Astanada Rusiyanın xarici işlər nazirinin, 19 sentyabr tarixində Nyu-Yorkda və 7 noyabr tarixində Vaşinqtonda ABŞ dövlət katibinin təşkilatçılığı və iştirakı ilə görüşlər keçirilib.
    31 avqustda Liderlər arasında Brüssel görüşünün nəticəsində qəbul edilmiş bəyanatda sülh sazişinin gündəliyinin irəlilədilməsi istiqamətində Sazişin mətninin hazırlanması, sərhədin delimitasiyası üzrə məsələlərdə irəliyə doğru addımların atılması barədə razılığa gəlinib. Bu razılığa uyğun olaraq, 2 oktyabr tarixində Azərbaycan sülh sazişinin elementlərini qarşı tərəfə təqdim edib və bu istiqamətdə danışıqlar üzrə 2 görüş (Cenevrə və Vaşinqtonda) keçirilib. Sayca üçüncü olan 23 dekabr Moskva görüşü Ermənistan tərəfinin iştirak etməməsi səbəbindən təxirə salınıb.
    İl ərzində aparılmış müzakirələr nəticəsində Ermənistan-Azərbaycan sərhəd xəttinin delimitasiya və demarkasiya prosesi üzrə hər iki tərəfdən dövlət komissiyaları təsis olunmuş, 2022-ci ilin 24 may, 30 avqust və 3 noyabr tarixlərində müvafiq olaraq iki ölkənin şərti dövlət sərhədində, Moskvada və Brüsseldə üç dəfə görüşləri keçirilib.
    2022-ci ilin 3 iyun və 6 dekabr tarixlərində regional kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupunun Moskvada 10 və 11-ci görüşləri baş tutub.
    9

    Xüsusi əhəmiyyət kəsb edən məsələ, Azərbaycan və Ermənistan liderlərinin müvafiq olaraq 6 oktyabrda Praqada və 31 oktyabrda Soçidə baş tutmuş görüşlərində hər iki ölkənin bir- birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıması və iki ölkə arasında bütün mübahisəli məsələlərin məhz bu əsasda həllinə dair öhdəliyin təsdiq edilməsi olub. Bu, Azərbaycan tərəfindən irəli sürülən baza prinsiplərində də əks olunduğu kimi, iki ölkə arasında münasibətlərin normallaşmasının əsasını təşkil edir və Ermənistan tərəfindən bu öhdəliyin qəbul edilməsi il ərzində post-münaqişə gündəliyinin irəlilədilməsi baxımından vacib inkişafdır.
    Üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərə uyğun olaraq, Azərbaycan tərəfi yeni Laçın yolunun çəkilişini vaxtından əvvəl yekunlaşdırıb, Laçın şəhəri, Zabux və Sus kəndlərindən qeyri-qanuni məskunlaşmış ermənilər çıxarılıb və bu ərazilər Azərbaycana geri qaytarılıb.
    Bununla yanaşı, il ərzində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması istiqamətində tədbirlər görülüb. Azərbaycan hökuməti dialoq yolu ilə ərazidə faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının, o cümlədən ağır ekoloji nəticələrin aradan qaldırılması üçün bir sıra addımlar atıb. 3 və 7 dekabr tarixlərində Azərbaycanın müvafiq qurumları ilə Rusiya sülhməramlı kontingentinin komandanlığı arasında Qızılbulaq və Dəmirli yataqlarının qeyri-qanuni istismarının ekoloji nəticələrinin monitorinqi və qiymətləndirilməsi üçün azərbaycanlı mütəxəssislərin yerində baxış keçirməsi şərtlərinin müəyyən edilməsi məqsədilə görüşlər keçirilib.
    Əldə olunmuş razılaşmanın ardınca, azərbaycanlı mütəxəssislərdən ibarət heyətin sülhməramlılar tərəfindən təşkil olunmuş səfərinə bir qrup şəxsin əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş addımları nəticəsində maneçilik törədilib. Bu, Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb olub, bir qrup vətəndaş cəmiyyəti nümayəndələri etiraz əlaməti olaraq Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc nümayişə başlayıblar. Bu istiqamətdə Azərbaycana qarşı göstərilən əsassız və qərəzli iddiaların qarşısının alınması istiqamətində diplomatik səylər davam etdirilib.
    Regionda nəqliyyat kommunikasiyalarının bərpası, bu kontekstdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin edilməsi istiqamətində fəaliyyət müvafiq işçi qrupu çərçivəsində davam etdirilsə də, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən bu sahədə ciddi irəliləyiş əldə edilməsi mümkün olmayıb.
    Ümumiyyətlə isə, il ərzində Ermənistan-Azərbaycan arasında post-münaqişə dövründə normallaşma istiqamətində ikitərəfli təmaslarda qismən dinamika olmasına baxmayaraq, normallaşmanın hər üç istiqamətində əldə edilmiş tərəqqi gözləntilərə cavab verməyib. Bunun əsas səbəbini Ermənistanın münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün zəruri siyasi iradə göstərməməsi, ziddiyyətli və qeyri-ardıcıl mövqeyi, əldə edilmiş razılaşma və üzərinə götürmüş öhdəliklərin icrasından davamlı olaraq boyun qaçırmaq səyləri, xüsusilə normallaşma səylərinə zərbə vurmaq məqsədilə siyasi və hərbi təxribatlara əl atması təşkil edir. Bununla yanaşı, sülh müqaviləsinin mətni üzrə təkliflərdə prosesi uzatmaq meylləri mövcuddur.
    10

    İkitərəfli, regional və çoxtərəfli formatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, GUAM, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilmiş görüşlər, səsləndirilmiş bəyanatlar və qəbul edilmiş sənədlər vasitəsilə Vətən müharibəsindən sonra yaranmış reallıqlar barədə məlumatlandırılma işləri gücləndirilib, regionda dayanaqlı sülh, münaqişədən sonrakı bərpa və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin geri qayıtması üçün zəruri şərtlərin formalaşdırılması istiqamətində fəaliyyətlərimiz davam edib.
    2022-ci ildə xarici işlər nazirinin səfərləri və qatıldığı beynəlxalq tədbirlər çərçivəsində xarici həmkarları ilə keçirdiyi 60-a yaxın görüşlərdə, eləcə də Azərbaycana səfər etmiş xarici həmkarları və digər rəsmilər ilə görüşləri zamanı post-münaqişə mərhələsində bölgədə mövcud olan reallıqlar və ölkəmizin dayanaqlı sülh naminə atdığı addımlar barədə ətraflı məlumat təqdim edilib.
    İşğaldan azad olunmuş ərazilərə xarici rəsmilər, parlamentarilər, beyin mərkəzlərinin nümayəndələri və jurnalistlər səfərlər edib, beynəlxalq təşkilatların qiymətləndirmə missiyaları baş tutub. Xarici dövlətlər tərəfindən konkret layihələrlə bu ərazilərin bərpası və yenidənqurulması işinə töhfələr verilib.
    Ermənistanın təxminən 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərin - mülki infrastrukturun məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdılması (urbisid), mədəni irsin dağıdılması, saxtalaşdırılması və talan edilməsi (kultursid), ətraf mühitə və bio-müxtəlifliyə vurulan zərər (ekosid), mülki əhalimizə, girov və ya əsir götürülmüş vətəndaşlarımıza münasibətdə törətdiyi müharibə cinayətlərinin ifşa edilməsi və bu əməllərə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi, hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, kütləvi məzarlıqlarda aparılan ekshumasiya və identifikasiya işinə beynəlxalq ekspertlərin cəlb edilməsi ilə bağlı fəaliyyətlər davam etdirilib.
    İl ərzində Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan tərəfinin Ermənistana qarşı verdiyi şikayətlər üzrə zəruri tədbirlər görülüb. Dekabr ayında Azərbaycan tərəfi Ermənistana qarşı 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair yeni dövlətlərarası şikayət təqdim edib. Azərbaycan tərəfi insan hüquqlarının kobud şəkildə pozulması nəticəsində dəymiş ziyana görə kompensasiya, reparasiya, restitusiya, digər xərclərin qarşılanmasını tələb edir.
    Bundan əlavə, Ermənistana qarşı aparılan hüquqi məsuliyyət tədbirləri çərçivəsində BƏM-ə təqdim ediləcək əsas iddia - 30 illik hərbi işğal dövrünə aid bütün faktları əks etdirən müfəssəl sənəd yekunlaşdırılıb. Sənəd 2023-cü ilin yanvar ayının sonunda BƏM-ə təqdim ediləcəkdir. Həmçinin 12 oktyabr 2022-ci il tarixində BƏM Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində Azərbaycana qarşı yeni müvəqqəti tədbirlərə dair verilmiş vəsatəti rədd edib. Növbəti ilin əvvəlində Azərbaycan tərəfi Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır.
    Minalardan əziyyət çəkən ölkə kimi Azərbaycan, minaların sülhə və təhlükəsizliyə təhdid törətməsi, insan haqlarını pozması və sosial-iqtisadi inkişafa maneə yaratması və ölkəmizin üzləşdiyi mina probleminin aradan qaldırılması üçün aparılan genişmiqyaslı humanitar
    11

    minatəmizləmə əməliyyatları barədə beynəlxalq səviyyədə məlumatlandırma işini davam etdirib. Müharibədən sonra mina qurbanı olan şəxslərin sayı 276 nəfərə çatıb, bunlardan 46 nəfər həlak olub. Bununla yanaşı, Ermənistanda 2021-ci ildə istehsal olunmuş minaların Azərbaycana gətirilməsi və burada basdırılmasından irəli gələn problemlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Ölkəmizin üzləşdiyi mina probleminə görə Ermənistanın daşıdığı hüquqi və siyasi məsuliyyətin işıqlandırılması və humanitar minatəmizləmə əməliyyatlarına beynəlxalq yardımın cəlb edilməsi prioritet vəzifələr kimi qarşıya qoyulub. Azərbaycan tərəfi “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyata yığılmasının, istehsalının və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya” daxil olmaqla müvafiq beynəlxalq formatlarda diplomatik fəallıq göstərib. Bundan başqa, il ərzində BMT, Avropa İttifaqı, NATO daxil olmaqla beynəlxalq təşkilatlarla və bir sıra ölkələrlə Azərbaycanda mina probleminin aradan qaldırılması üzrə əməkdaşlıq yolları barədə dialoq aparıb.
    Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə fəaliyyət
    Əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə də milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri fəaliyyətlər həyata keçirilib.
    Azərbaycan Hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının İraq Respublikası və Suriya Ərəb Respublikasından repatriasiyası, Ukraynadan təxliyəsi həyata keçirilib.
    Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 2022-ci ildə 54-ü uşaq və 14-ü qadın olmaqla, ümumilikdə 68 vətəndaşın, son 3 il ərzində isə 380 uşaq və 29 qadın olmaqla, ümumilikdə 409 vətəndaşın İraq və Suriyadan repatriasiyası həyata keçirilib. Müvafiq tədbirlər planına əsasən, aidiyyəti qurumlar tərəfindən repatriantların reabilitasiya və reinteqrasiyası prosesi təmin edilib.
    Azərbaycan hökumətinin dəstəyi ilə Ukraynadan ümumilikdə 16 mindən çox şəxsin (vətəndaşların və onların ailə üzvü olan xarici ölkə vətəndaşlarının) ölkəmizə təxliyəsi təmin olunub.
    Azərbaycan Respublikası vətəndaşları, o cümlədən ölkəmizdə müvəqqəti və daimi əsaslarla yaşayan və ya olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qəbulu prosesinin təkmilləşdirilməsi və onlara keyfiyyətli xidmətin göstərilməsi məqsədilə 2022-ci ilin 4 iyul tarixində Nazirliyin inzibati binasında vətəndaşların yeni qəbul mərkəzi istifadəyə verilib.
    Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan konfranslar, xarici siyasətin informasiya təminatı və analitik fəaliyyət. XİN-in kadr potensialının inkişaf etdirilməsi
    İl ərzində Xarici İşlər Nazirliyi tərəfindən təhlil işi davam etdirilib, aidiyyəti dövlət qurumlarımıza müvafiq məlumatlar təqdim olunub.
    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar konfrans təşkil olunub.
    12

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş “Şuşa İli” çərçivəsində AR XİN və ADA Universitetinin təşkilatçılığı ilə növbəti “Diplomatiya Həftəsi” baş tutub.
    Xarici İşlər Nazirliyi “Diplomatiya Aləmi” jurnalının “Şuşa İli”nə həsr olunmuş “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: keçmişdə və indiki dövrdə” adlı xüsusi buraxılışı nəşr etdirib. Jurnalın xüsusi buraxılışında həm xarici, həm də yerli mütəxəssislərin, eləcə də diplomatlarımızın məqalələri yer alıb. Jurnalın elektron versiyası XİN-in rəsmi internet səhifəsində yerləşdirilib.
    Heydər Əliyev Fondunun himayəsi və XİN-in dəstəyi ilə Qarabağ bölgəsi və xüsusilə Şuşa şəhərinin tarixən Azərbaycan kimliyinin tərkib hissəsi olmasına dair Gürcüstan Milli Muzeyindəki tarixi artefaktlar əsasında Eldar Nadiradzenin müəllifi olduğu “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” (“Karabakh khanate: historical and cultural profile”) adlı kitab çap edilib, kitabın ingilis, fransız və ərəb dillərində nəşrləri hazırlanıb.
    2022-ci il ərzində işğaldan azad olunmuş ərazilərə müxtəlif ölkələrdən 200-ə yaxın jurnalistlərin səfərləri (press turlar) təşkil olunub. Eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə, Xarici İşlər Nazirliyi tərəfindən Facebook, Twitter, Instagram və YouTube platformalarında aktiv fəaliyyət davam etdirilib. İl ərzində XİN-in saytında 600-ə yaxın xəbər yerləşdirilib.
    Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi ilə aparılan hərtərəfli müzakirələrin nəticəsində, mərkəzləşdirilmiş qaydada, iki əsas mərhələdən (yazılı imtahan və müsahibə) ibarət müsabiqə prosesi təşkil edilib. 500-ə yaxın ümumi namizəddən bütün imtahan mərhələlərini uğurla keçən 67 namizəddən 38 nəfər işə qəbul edilib, digər namizədlərin yaxın aylarda diplomatik xidmətə qəbul edilməsi nəzərdə tutulub.
    Qeyd edilən tədbirlərlə yanaşı, cari ildə Azərbaycanın xaricdə 20 nəfər yeni diplomatik missiya rəhbəri təyinatı həyata keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR