Yalnız ümumi səyləri birləşdirməklə vəziyyət gərəkli dərəcədə qiymətləndirilməlidir -
Təəssüflər olsun ki, hazırda cəmiyyətimizdə kifayət qədər egosunu tətmin edə bilməyən uşaqlar, gənclər və yuxarı yaş həddində olan şəxslər var.
Sözsüz ki, bəzən yaxşı cəzalandırılmadıqlarından onların sayı günbəgün artmaqda davam edir.
Ötən gün Şüvəlanda yerləşən 156 saylı məktəbin Şagirdininin etdiyi hərəkətlərə, əməllərə görə o qız mütləq və mütləq cəzalandırılmalıdır!
Mediadan əldə etdiyimiz məlumata görə, direktorun verdiyi açıqlamada “Şagirdin özü və valideyni məktəbə dəvət olunub, rəhbərlik və psixoloq tərəfindən söhbət aparılıb. Şagirdin dediyinə görə, zarafat etmək məqsədilə edib və çox peşmandır”.
Xeyr, razı deyiləm!
Bu tərz - yəni bəzən, bəzi insanların şəxsiyyətini alçaltmaqla məşğul olan şəxslər yaşından asılı olmayaraq cəzalandırılmalıdır və üzr istədilməlidir!
Qeyd edək ki, qeyri-etik hərəkətləri əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləridir.
Qeyd edim ki, təkcə bunu edən qız deyil, həm də o prosesi videoya alan şagird mütləq cəzalandırılmalıdır!!!
Qeyd: Eyni zamanda, müvafiq orqanlar bu video görüntülərdə qeyri-etik hərəkətlərə məruz qalan azyaşlının üzünü görünən formada yayan istənilən şəxs və ya media orqanını cəzalandırmalıdır.