AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Araik dedi ki, getməyəcək, çünki ruslar onun qalmasını istəyir...” - Xankəndində hazırda "1 nömrəli" oğlan kimdi?

  • + A
  • - A
  • 11-04-2021, 13:00


    Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsindən təxminən beş ay keçdiyi bir vaxtda Xankəndinin “hakimiyyət” dəhlizlərində də tozanaq yatışmaq üzrədir. Lakin hələlik Azərbaycanın etnik ermənilər yaşayan bu regionunda hakimiyyət uğrunda mübarizəni kimin qazandığı aydın deyil.

    Virtualaz.org xəbər verir ki, bu sətirlər “Azadlıq” radiosunun Vaşinqton redaksiyasının əməkdaşı Nelli Hauerin məqaləsindən götürülüb.

    “Belə görünür ki, Azərbaycan ərazilərinin etnik ermənilər yaşayan bu hissəsinə nəzarət uğrunda rəqabət iki nəfər arasında gedir-Araik Arutyunyan (özünü “dqr prezidenti” adlandıran) və “təhlükəsizlik şurasının” nüfuzlu rəhbəri Vitali Balasanyan”,-məqalədə deyilir.

    Nelli Hauer bildirir ki, müharibənin acınacaqlı nəticələrindən sonra Xankəndindəki qondarma rejimin rəhbərliyi daxilində də narazılıqlar artıb. Və indi Balasanyan Araikin rəqibi olmağa hazırdır.



    8 noyabr, 2020-ci il. Araik Arutyunyan Xankəndindən şanlı Azərbaycan ordusunun bir gün əvvəl azad etdiyi Şuşaya boylanarkən...

    10 noyabr üçtərəfli razılaşmasından sonra Araik Arutyunyan “istefa verəcəyini və siyasətdən gedəcəyini” bildirib, amma hələ bunu etməyib. Bununla belə dekabrın 2-də Arutyunyan Balasanyanı “təhlükəsizlik şurasının katibi” təyin edib. Bundan iki həftə sonra isə Arutyunyan elan edib ki, “silahlı qüvvələr təhlükəsizlik şurasına tabe edilir”, yəni Balasanyana geniş səlahiyyətlər verir.

    N.Hauer qeyd edir ki, bu addım bir çoxlarında Balasanyanın formal olaraq Arutyunyanı əvəz edəcəyi haqda qənaətə yaratmışdı. Mahiyyətcə Balasanyan hazırda Rusiya sülhməramlılarının nəzarətində olan bu ərazilərdə kifayət qədər hakimiyyət səlahiyyətlərinə malikdir. Amma hələ də Balasanyanın, yaxud Arutyunyanın hansının Qarabağda daha çox təsirə malik olduğu aydın deyil.



    ABŞ-ın Cənubi Kaliforniya Universitetinin erməni araşdırmaları İnstitutunun elmi əməkdaşı Emil Sanamyan deyir ki, Balasanyan həqiqətən nüfuzunu, təsir imkanlarını artırır. Və “böyük ehtimalla” o, Arutyunyanı əvəz edəcək. “Məsələ ondadır ki, bu nə vaxt baş verəcək. Çünki Qarabağda yaxın vaxtlarda seçkilərin keçirilməsi mümkün deyil”,-Sanamyan bildirir. Ekspert qeud edir ki, nəticədə Araik nominal rəhbər kimi qalacaq, amma Balasanyan “güc strukturlarının” rəhbəri kimi real hakimiyyəti əldə saxlayacaq.

    Balasanyan Birinci Qarabağ müharibəsində “Əsgəran polkunun” komandiri kimi məşhurlaşıb və 1993-cü ildə Ağdamın işğalına rəhbərlik edənlərdən biridir. Məqalədə xatırladılır ki, həmin işğal nəticəsində on minlərlə azərbaycanlı öz evlərindən qovulmuşdu.

    Balasanyan 2005-ci ildə “ordudan” ayrılıb və siyasətə girib. Müxtəlif vəzifələr tutub, son iki ildə isə Paşinyana qarşı kəskin tənqidi mövqeyi ilə tanınırdı. Onu “qərbin marionetkası” adlandırırdı.

    “Balasanyanın ətrafında əsl hay-küy salıblar, xüsusən də Yerevanda, amma bu həqiqətə uyğun deyil. Balasanyanın Arutyunyan kimi inzibati resursları yoxdur, onun partiyasından cəmi üç deputat var”,-Xankəndindəki qondarma rejimin adının açıqlanmasını istəməyən məmuru deyib.

    Məqalədə deyildiyi kimi, müşahidəçilər Araikin siyasi oyunlarını hesabdan silmək olmaz. “Araik son bir neçə ayda hakimiyyəti effektiv şəkildə konsolidə edib. O, hamını öz yanına çağırıb, vəzifə verib. İndi Qarabağda zarafat edirlər ki, əgər nazir olmaq istəyirsənsə Araiki tənqid et. Mən hesab etmirəm ki, Balasanyanın Arutyunyan qədər təsir imkanları var”,-həmin mənbə bildirib.



    Nelli Hauer qeyd edir ki, Araiklə Vitali arasında əsl qüvvələr balansının necə olmasından asılı olmayaraq əksəriyyət Xankəndində onların hər ikisinin ikinci skripkada çaldığını düşünür. Çünki real hakimiyyət Rusiya sülhməramlılarının rəhbərinin əlindədir.

    “Faktiki olaraq Qarabağda real hakimiyyət indi Rusiyanın əlindədir. Rüstəm Muradov orada 1 nömrəli oğlandır. Qarabağda hansısa hökumət fəaliyyət göstərir, amma situasiya Rusiyanın güclü təsiri və faktiki nəzarəti arasındadır”,-Yerevandakı siyasi və iqtisadi strategiyalar araşdırmaları Mərkəzinin rəhbəri Benyamin Poqosyan bildirib.

    “Mən hesab etmirəm ki, Araik harasa gedəcək. Bir neçə ay əvvəl, adamlar onun istefasını tələb edəndə dedi ki, getməyəcək, çünki ruslar onun qalmağını istəyir. Onun Muradovla çox yaxşı münasibətləri var”,-Xankəndindəki anonim mənbə deyib.

    Poqosyan isə deyir ki, ola bilsin Araik mayın 21-də istefaya gedəcək, amma hələ buna əmin deyil. “Çoxları hesab edir ki, o vəzifədə qalacaq”,-ekspert əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR