AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sülhməramlıların daha iki avtomobili aksiya ərazisindən KEÇİB

  • + A
  • - A
  • 19-01-2023, 23:14

    Sülhməramlıların daha iki avtomobili aksiya ərazisindən KEÇİB


    Həmişə olduğu kimi, bu gün də Rusiya sülhməramlılarına aid təminat avtomobilləri Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən sərbəst hərəkət ediblər.

    Laçından Xankəndi istiqamətində hərəkət edən sülhməramlılara aid iki avtomobilin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.

    Bu bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlər üçün açıqdır.

    Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR