Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət
etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur.
50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla),
həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzinə
müraciət edə bilərlər.
Tələb olunan sənədlər:
- C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi;
- şəxsiyyət vəsiqəsinin surəti;
- hərbi biletin surəti;
- tərcümeyi-hal;
- rəngli fotoşəkil (2 ədəd 3x4 və 2 ədəd 4.5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin
olmaması barədə) arayış.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.