AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: Si Cinpin və Putinlə görüşə bilərəm

  • + A
  • - A
  • Bu gün, 09:45

    Tramp: Si Cinpin və Putinlə görüşə bilərəm

    ABŞ Prezidenti Donald Tramp gələn həftə Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşə biləcəyini açıqlayıb.

    Tramp bu barədə Merilendə uçuşundan əvvəl hava limanında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

    O bildirib ki, Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Zirvə toplantısı çərçivəsində hər iki liderlə görüşü mümkündür.

    ABŞ liderinin sözlərinə görə, görüşlərdə qlobal təhlükəsizlik məsələləri, nüvə silahsızlanması, eləcə də Yaxın Şərqdə, o cümlədən İranda müharibənin dayandırılması müzakirə oluna bilər. Tramp qarşıdakı görüşlərin olduqca maraqlı keçəcəyini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR