AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda 1 ildə ASANlaşan 300 000-ə yaxın müraciət

  • + A
  • - A
  • Bu gün, 09:15

    Lənkəranda 1 ildə ASANlaşan 300 000-ə yaxın müraciət


    ​​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 16 yanvar 2024-cü il tarixində baş tutub.

    ​​Mərkəz Lənkəran rayonu, Qurumba kəndi, Ələt-Astara avtomobil yolu, 172-ci km ünvanında yerləşir.

    ​​Lənkəran regional “ASAN xidmət” mərkəzi Lənkəran rayonu ilə bərabər Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan 500 000-ə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan xidmət göstərir.

    ​​Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.

    ​​Fəaliyyət göstərdiyi müddət ərzində Lənkəran “ASAN xidmət” mərkəzində 300 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.

    ​​Mərkəzdə ümumilikdə 214 əməkdaş və ay ərzində 20-25 nəfər könüllü çalışır. Mərkəzin fəaliyyətə başladığı müddətdən bu günə qədər ümumilikdə 200-ə yaxın könüllü məzun olub.

    ​​Hazırda “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-dən çox xidmət göstərilir və mərkəzlərdə gündəlik 40 min nəfərə yaxın vətəndaş qəbul edilir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR