Münxendə Bavariya polisinin kinoloji xidmətinin nəqliyyat parkında 23 avtomobil yanıb.
Yanğın dərhal söndürülüb və hazırda genişmiqyaslı təhqiqat aparılır, hadisənin səbəbləri araşdırılır.
Polis idarəsinin nümayəndəsi yanğının təxribat nəticəsində baş verə biləcəyini istisna etməyib. O, hadisənin fevralın ortalarında keçiriləcək Münxen Təhlükəsizlik Konfransı ilə əlaqəli olub-olmamasının da ehtimal kimi dəyərləndirildiyini bildirib.
Yanğının son illərdə Münxendə və ətrafında bu qəbildən hadisələr törətmiş solçu ekstremistlər tərəfindən törədilə biləcəyi də ehtimal edilir. Belə qrupların əsas hədəfləri adətən infrastruktur obyektləri və inşaat texnikaları olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.