Müğənni Yaroslav Dronovun (Şaman təxəllüsü ilə çıxış edir) mətbuat katibi Anton Korobkov-Zemlyanskinin qəfil ölümünün səbəbini məhkəmə-tibbi ekspertizası müəyyən edib. Mərhumun yaxın mənbəsinin TASS-a verdiyi məlumata görə, ekspertlərin qənaətinə görə, o, ürək problemlərindən dünyasını dəyişib.
Bundan əvvəl Korobkov-Zemlyanskinin qanında qadağan olunmuş maddələrin aşkar edilmədiyi bildirilirdi. Ölümündən dərhal sonra ölüm səbəbi kimi ürək-damar çatışmazlığı irəli sürülüb.
Jurnalist ötən ilin noyabrında dünyasını dəyişib. 40 yaşlı kişi boğulmağa başlayıb, həyat yoldaşı təcili yardım çağırıb, lakin həkimlər ona kömək edə bilməyiblər. Dəfn mərasimi noyabrın 13-də Troyekurovski qəbiristanlığında baş tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.