“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 10 dekabr saat 11:00-da başlayacaq. Bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.