“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq #qapı” aksiyası 07 yanvar saat 11:00-da başlayacaq. Azadmedia.az xəbər verir ki, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Tarif limitinin sıfırlanması və ümümi qaz təchizatı ilə bağlı ünvanlanan suallar cavablandırılacaq. Vətəndaşlar da suallarına canlı yayım vasitəsilə cavab tapacaqlar. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.