AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışı təmin edildi

  • + A
  • - A
  • 18-03-2022, 22:32

    Müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışı təmin edildi

    “Azəriqaz” İB yanında yaradılan İctimai Şura sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatı guya çox yazması ilə bağlı şikayətlərin daxil olmasını bildirərək “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyindən bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin edilməsini tələb etmişdir. Birliyin baş direktoru İctimai Şuranın bu istəyini qəbul edərək martın 18-də Metrologiya Departamentində bir qrup müraciət edən abonentin sayğacı laborator yoxlamadan keçiriləcəyi ilə bağlı qərar qəbul edib. Mart ayının 10-dan etibarən abonentlər “Elin gözü tərəzidir” aksiyasında iştirak etmək üçün Birliyin 104/185 Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınıblar. Mart ayının 17-i Birlik əməkdaşları tərəfindən qeydiyyatdan keçən abonentlərin fərdi yaşayış evlərindən, mənzillərindən vətəndaşların icazəsi və iştirakı ilə sayğaclar açılaraq möhürlü qutuya yerləşdirilib. Qaz təchizatında fasilə yaranmaması üçün əvəzinə sonradan ödənişli (mexaniki) qaz sayğacı quraşdırılıb. Çıxarılan sayğaclar Birliyin Metrologiya Departamentinə gətirilərək 1 gün müddətində lazımi temperaturda (+20 dərəcə) saxlanılıb. Bu gün saat 15:00-dan etibarən media nümayəndələrinin, tanınmış ekspertlərin, “Azəriqaz” İstehsalat Birliyi yanında yaradılan İctimai Şura üzvlərinin, Birliyin rəhbər heyətinin, QHT nümayəndələrinin, Azərbaycan Respublikasının Energetika Nazirliyinin, Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin və şikayətçi abonentlərin iştirakı ilə Birliyin Metrologiya Departamentində sayğacların laborator yoxlamadan keçirilməsi həyata keçirilib. İlk olaraq möhürlü qutuların möhürü qırıldıqdan sonra sayğaclara vizual baxış keçirilib, daha sonra sayğacların içərisi kamera vasitəsilə yoxlanılıb. Bütün proseslər şəffaf şəkildə həyata keçirilib. İlkin prosesdən başa çatdıqdan sonra sayğaclar stendlərə quraşdırılıb. Stendlərə quraşdırılan sayğaclar 2 saata yaxın müddətdə elektron qaydada, insan təması olmadan yoxlamadan keçirilib. Şəffaflığın təmin olunması məqsədi ilə bütün proseslər Birliyin rəsmi ”Facebook” səhifəsində canlı yayımlanıb və bu prosesi izləmək istəyən hər kəsə istənilən şərait yaradılıb. Sayğaclar yoxlamadan keçirilən zaman tədbir iştirakçılarına bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qaydalara əsasən məişət qaz ölçü qurğuları əhali abonent qrupu üçün 5 ildən bir dövlət yoxlanışına açılaraq götürülür. Daha sonra “Azəriqaz” İB-nin Metrologiya Departamentində dünyanın qabaqcıl texnologiyalarına əsaslanan müasir avadanlıqlar ilə dövlət yoxlanışı icra edilir. Bu yoxlanış prosesi isə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin müşahidəsi, Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin nəzarəti altında şəffaf şəkildə həyata keçirilir. Onların qeyd edilən Departamentdə daimi nümayəndələri fəaliyyət göstərir.
    Yoxlama müddəti başa çatdıqdan sonra abonentlərə yerindəcə izahatlar verilib, nəticələr ötən illərin eyni ayları ilə müqayisə olunub. Məlum olub ki, son zamanlar dövlət yoxlanışı zamanı təbii qaz sayğacı əvəzlənmələri aparılarkən mexaniki sayğaclarla təmin edilən abonentlərin qaz sərfiyyatının daha çox qeydə alınması barədə iddiaları əsassızdır. 20-dək şikayətçi abonentin iştirakı ilə keçirilən görüşdən bütün abonentlərin sayğacı yoxlanılıb və heç bir nöqsan aşkar edilməyib. Bir daha bildiririk ki, ölkənin yeganə qaz təminatçısı olan “Azəriqaz” İstehsalat Birliyi kimi qurumun bu yollara əl ataraq nüfuzunu aşağı salmaq kimi bir niyyəti yoxdur və bu iddialar öz əksini tapmır.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR