AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vasif Talıbov rejimi Naxçıvan polislərinə də zülm edib

  • + A
  • - A
  • 5-01-2023, 02:06

    Vasif Talıbov rejimi Naxçıvan polislərinə də zülm edib

    Bu fakta dair sosial şəbəkələrdə fotolar yayılıb. Fotonun şərh bölümündə deyilir: "Şərəfli Azərbaycan polisini görün nə günə salmışdılar. Bura Babək Rayon Polis İdarəsinin ərazisidir. Polislərin əlinə süpürgə verib belə aşağılayanlar ən ağır şəkildə cəzalandırılmalıdır. Bu görüntülər sabiq daxili işlər nazirinin rəhbərliyi dövründə çəkilib".

    Mənbəmiz bildirir ki, bu “ideyanın müəllifi” Babək Rayon Polis İdarəsinin rəis müavini Elşən Babayevdir: "Rayon polisinin rəisi Elgün Əliyev də dahiyanə “ideyanı” bəyənib və beləcə polislərin qara günləri başlayıb. İnanırıq ki, əsl polis işçisi, dövlətin kifayət qədər etibar edib inanadığı yeni nazir Süleyman Nemətov belə neqativ halları tezliklə aradan qaldıracaq, Naxçıvan polisləri ilə bir daha belə aşağılayıcı rəftar edilməyəcəkdir"./Sherg az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR