Qobustanda zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:09-da Qobustan stansiyasından 13 km şimal-qərbdə Qobustan rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.1, dərinliyi 7 km olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.