Oktyabrın 30-da Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 3,1-ə bərabər olub.
Qeyd edək ki, ötən gün də yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində zəlzələ qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.