AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bugün Kərki kəndinin işğalından 33 il keçir

  • + A
  • - A
  • 18-01-2023, 14:22

    Bugün Kərki kəndinin işğalından 33 il keçir

    Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənd.
    Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. 1990-cı ilin yanvarında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub.
    Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıb.

    1990–1993-cü illərdəki müharibə tarixə Sədərək döyüşləri kimi düşdü. 12–14 km-lik döyüş zolağı olan Sədərəkin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var.
    Kənd Arpaçayın sahilində, düzənlik ərazidə yerləşir. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.
    Kəndin azərbaycanlı əhalisi 986 nəfərdir (2019-cu il). İşğaldan sonra bura ermənilər köçərək azərbaycanlıların evlərini zəbt ediblər.

    10 noyabr sənədində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi, işğal altında saxlanılan Naxçıvanın Kərki kəndinin və Qazax rayonunun 7 kəndinin geri verilməsi kimi məsələlər öz əksinin tapıb. 44 günlük müharibədən sonra Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılmalıydı.
    Elyar İSLAMOĞLU


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR