AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Region rəislərini icra başçıları ilə görüşdürən səbəb

  • + A
  • - A
  • 3-06-2023, 11:51

    Region rəislərini icra başçıları ilə görüşdürən səbəb

    SOCAR "Azəriqaz" İB rəhbərliyinin təşəbbüsü ilə Regional İdarələrin məsul şəxslərinin yerli İcra Hakimiyyətinin başçıları ilə görüşləri keçirilir. Məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir. Bu səbəbdən may ayı ərzində Tərtər Regional qaz istismarı İdarəsinin rəisinin regionda yerləşən İcra Hakimiyyətlərinin başçıları ilə görüşləri baş tutub.
    Görüşdə SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçirilən layihələr, eləcə də təsərrüfatda aparılan islahatlar, istehlakçıların fasiləsiz və dayanıqlı təbii qazla təmin olunmaları müzakirə olunub. Həmçinin yeni yaşayış məntəqələrinə və yaşayış massivlərinə təbii qazın verilməsi, qazlaşdırılmış ərazilərdə yarana biləcək problemlərin vaxtında qarşısının alınması və digər məsələlər müzakirə olunub. Görüş zamanı, xüsusilə şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR