AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Narkomaniya və onun fəsadları!” mövzusunda tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 22-08-2023, 10:31

    “Narkomaniya və onun fəsadları!” mövzusunda tədbir keçirilib - FOTOLAR

    Bu gün Ağcabədi rayon YAP-in akt zalında “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin həyata keçirdiyi “Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə çərçivəsində “Narkomaniya və onun fəsadları!” mövzusunda maarifləndirici tədbir keçirilib.
    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihənin rəhbəri, Birliyin sədri Telman Dadaşov tədbirdə bildirib ki, Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir: “Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, bu da sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə, qara ciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır. Narkotik maddələr - tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Ondan qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir”.

    Bərdə rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, Böyük məsləhətçi Səbuhi Möhsümov bildirib ki, narkomaniya respublikamızda da ciddi problem olaraq qalmaqdadır: “Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bu problemə münasibətdə yeni mərhələ başlanıbdır. Bu mərhələnin ən müsbət cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılıbdır. Bu ümumi işdir. Bu işdə birgə fəaliyyət daha səmərəli olar”.

    Ağcabədi Rayon Polis şöbəsinin Narkomaniyaya qarşı Mübarzə Qrupunun Baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Səlimov Ölkə Prezidentinin Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn mübarizə tədbirlərinin uğurla həyata keçirildiyini, lakin narkomanların sayının hələ də artdığını qeyd edib.

    Tədbirdə Ağcabədi RİH-nin, Ağcabədi Təhsil Şöbəsinin, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının, Ağcabədi Rayon Polis Şöbəsinin, Gənclər və İdman İdarəsinin, H.Əliyev Mərkəzindən,1,5,3,4,8,9,11 nömrəli məktəbin nümayəndələri, RGM İB-in nümayəndələri iştirak ediblər və öz təkliflərini veriblər.

    Ağcabədi rayon İcra Hakimiyyətinin Aparıcı məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu- Ülkər Kərimova və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinə təşəkkür edib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR