AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Abituriyent” jurnalının məsul katibi Hikmət Kazımov vəfat edib.

  • + A
  • - A
  • 22-08-2023, 11:04

    “Abituriyent” jurnalının məsul katibi Hikmət Kazımov vəfat edib.

    Azərbaycanın elmi-pedaqoji ictimaiyyətinə ağır itki üz verib. Tanınmış alim, pedaqoq Hikmət Hüseyn oğlu Kazımov 2023-cü il avqust 21-də ömrünün 72-ci ilində vəfat edib.

    Hikmət müəllim bütün fəaliyyətini təhsilimizə, elmimizə xidmət edən bir ziyalı kimi yaddaşlarda qalacaq. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra həyatını elmi-pedaqoji fəaliyyətə həsr etmiş, gərgin elmi axtarışlarının nəticəsi olaraq pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Onun səmərəli elmi-tədqiqat işlərini davam etdirməklə bərabər, mütəxəssis hazırlığı sahəsində məhsuldar fəaliyyəti də həmişə yüksək qiymətləndirilmişdir.

    Hikmət Kazımov uzun müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərmiş, Komissiyaya daxil olan müraciətlərin vaxtında, obyektiv və qanunvericiliyin tələblərinə uyğun baxılmasında, vətəndaş məmnunluğunun yaradılmasında müstəsna əmək sərf etmişdir. Onun “Abituriyent” jurnalının məsul katibi kimi fəaliyyəti də uğurlu olmuş və jurnalın elmi-metodiki cəhətdən hazırlanmasına özünəməxsus müsbət töhfələr vermişdir.

    Kollektivdə həmişə qayğıkeş, həssas, xeyirxah bir insan kimi tanınan, təşəbbüskarlığı, fəallığı və peşəkarlığı ilə seçilən Hikmət müəllimin yoxluğunu qəbul etmək olduqca ağırdır. Dövlət İmtahan Mərkəzinin kollektivi mərhumun doğmalarına, əzizlərinə başsağlığı verir, səbir diləyir.

    Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR