AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU-nun Hirş indeksi 57-yə çatıb

  • + A
  • - A
  • 23-08-2023, 13:53

    BDU-nun Hirş indeksi 57-yə çatıb

    “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, Bakı Dövlət Universitetinin (BDU) Hirş indeksi 57 olub. Hər bir əsərə istinadların orta sayı isə 7.03-ə qədər yüksəlib.
    Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4109 elmi əsər nəşr edilib. Bu əsərlərə 29000-ə yaxın istinad edilib.
    Respublikanın davamlı inkişafı naminə elmi yenilikləri və innovasiyaları tədris prosesinə tətbiq etməklə fəaliyyətini “təhsil–elm–sənaye” formatında quran BDU elmi tədqiqatlarda keyfiyyətin artırılmasına xüsusi fikir verir. Belə ki, 2023-ci ilin ilk səkkiz ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən nəşr edilmiş 129 elmi əsərin 23-ü Q1, 42-si Q2, 32-si Q3 və 32-si Q4 kvartil kateqoriyalı jurnallarda dərc olunub. Cari ilin ilk səkkiz ayı ərzində bazaya daxil olan jurnallarda dərc olunmuş elmi əsərlərə 3500-dən çox istinad edilib. Dərc olunmuş məqalələrdən 4-ü icmal tipli, 16-sı erkən və 55-i açıq girişə malikdir. Riyaziyyat, Fizika, Kimya, Biologiya, Yer elmləri kimi sahələrə aid olan məqalələrin 37 faizi müxtəlif elm sahələrinin qovşağında aparılmış elmi tədqiqatların (multidissiplinar) nəticələrini özündə ehtiva edir.
    Onu da qeyd edək ki, Hirş indeksi, “Web of Science” bazasına daxil olan dərgilərdəki elmi əsərlərin və istinadların sayı ilə BDU Azərbaycan universitetləri arasında liderliyini qoruyur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR