AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ekoloji təmiz qida məhsullarından istifadənin təbliği ilə bağlı növbəti tədbir Əmirxanlı kəndində keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 24-08-2023, 12:39

    Ekoloji təmiz qida məhsullarından istifadənin təbliği ilə bağlı növbəti tədbir Əmirxanlı kəndində keçirilib - FOTOLAR

    Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyinin təşkilatçılığı ilə “Şabran rayonunda sağlam həyat naminə ekoloji təmiz qida məhsullarından istifadənin təbliği mövzusunda maarifləndirici təbliğat və təşviqat işlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbir rayonun Əmirxanlı kəndində keçirilib.

    Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyinin sədri, layihə rəhbəri Gülsənəm Əmrahova QHT.az –a bununla bağlı məlumat verib. QHT sədri bildirib ki, tədbirdə iqtisadiyyatın əsas sahələrindən sayılan və əhalinin daim təlabatının tərkib hissəsi sayılan ekoloji cəhətdən təmiz qidalanma məhsulları ilə təminatının artırılması, nəticə etibarı ilə sağlam həyat tərzinin gücləndirilməsi sakinlərin nəzərinə çatdırılıb: “Sağlam həyatın başlıca amilliyi təmiz qidalanmanın təbliğ olunmasında kənd sakinlərinin əsas məşğuliyyət sahəsi olan kənd təsərrüfatında inkişafın intensivliyini artırmaq, ekoloji təmiz istehsala diqqəti yönəltməklə təmiz məhsulların istehsal dinamikliyini və əhalinin bu sahəyə verdiyi töhvəsini artırmaq tövsiyə olunub”.

    Qeyd edək ki, tədbirdə Əmirxanlı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mais Hacıyev, Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional bölməsinin İdxal və İxraca Nəzarət sektorunun böyük məsləhətçisi Ramin Əkbərov, Əmirxanlı bələdiyyəsinin sədri Rəsul Məmmədov, Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini Rəşad Əmrahov və kənd sakinləri iştirak ediblər. Layihənin davamlı təsirini artırmaq və daha geniş əhali arasında təbliğatının gücləndirilməsi məqsədilə iştirakçılara bukletlər paylanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR