Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciəti
Ötən gün Yasamal rayonu, Dadaş Bünyadzadə və Xiyabani küçələrinin kəsişməsində yerləşən işıqforda yaranan texniki nasazlıq aradan qaldırılıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə problemlə bağlı müraciət daxil olduqdan sonra NİİM-in əməkdaşları əraziyə baxış keçiriblər və işıqforda yaranan texniki problem həll edilib. Ümumilikdə isə paytaxt ərazisində işıqforların texniki vəziyyəti ilə bağlı monitorinqlər keçirilir. Yol hərəkəti iştirakçıları tərəfindən daxil olan məlumatlar dərhal yoxlanılır, müraciətlər yerində və rəqəmsal metodlarla diqqətdə saxlanılır. Paytaxt yollarında işıqforlarla bağlı hər hansısa bir problem aşkar edildikdə vətəndaşlardan xahiş olunur ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sosial şəbəkə hesablarına və ya (012) 404 41 22 əlaqə nömrəsinə zəng vuraraq məlumat versinlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.