AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaqlar sosial- psixaloji reabilitasiyaya cəlb olunur - FOTOLAR

  • + A
  • - A
  • 25-08-2023, 17:41

    Uşaqlar sosial- psixaloji reabilitasiyaya cəlb olunur - FOTOLAR

    "Aztəminatlı ailələrin intelektual ləngiməsi olan uşaqlarına sosial- psixaloji reabilitasiya xidmətlərinin təşkili" layihəsi davam edir.

    Bu barədə "MƏLƏK” Yardıma Ehtiyacı olan Uşaqlara Dəstək İctimai Birliyindən bildirilib ki, layihə icra planına uyğun olaraq davam edir. Aztəminatlı ailələrin intelektual ləngiməsi olan uşaqlarına sosial- psixaloji reabilitasiya xidməti aparılır.

    Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunan layihənin məqsədi ölkəmizdə yaşayan aztəminatlı ailələlərin intelektual ləngiməsi olan uşaqları bir araya gətirmək və onları müasir sınanmış metodlar əsasında sosial reabilitasiyaya cəlb etməkdən ibarətdir. Son 5 ildə sağlamlıq imkanları məhdud 18 yaşınadək belə uşaqların sayında artım müşahidə olunur. Əsas səbəblər isə qohumlar arasında nikah nəticəsində yaranan genetik xəstəliklər, erkən nikah və doğuş vaxtı alınan travmalardır. Normal insanlarla ünsiyyət qurmaqda və informasiya azlığından əziyyət çəkən belə uşaqlar cəmiyyətə adaptasiya ola bilmirlər.

    Qeyd edək ki, bu layihə 01 iyul 2023 -cü il tarixindən icrasına başlanılıb, 4 ay davam edəcək.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR