AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Layihə çərçivəsində əmək şəraitinin yaxşılaşdırılması üzrə həssas qruplara informasiya və məsləhət xidmətləri göstərilir - FOTOLAR

  • + A
  • - A
  • 28-08-2023, 16:08

    Layihə çərçivəsində əmək şəraitinin yaxşılaşdırılması üzrə həssas qruplara informasiya və məsləhət xidmətləri göstərilir - FOTOLAR

    “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyi 2023-cü il Kiçik Qrant Müsabiqəsi Sosial və İqtisadi Məsələlər üzrə elan olunmuş qrant müsabiqəsi üzrə “Şəhid ailələri və qazilərin kənd təsərrüfatı işlərində əməyin yüngülləşdirilməsinə dəstək” layihəsi üzrə qalib seçilmişdir.
    Hədəf ərazi olaraq Ucar rayonu Ramal, Şahlıq və Qaradağlı kəndləri seçilmişdir. Hər kənddə Şəhid ailəsi üzvləri və qazilər daxil olmaqla 12-15 nəfər fərdi fermerdən ibarət qrup yaradılmışdır.
    Layihənin məqsədi Ucar rayonu ərazisində yerləşən hədəf kəndlərdə kiçik həcmli texnika və avadanlıqlardan istifadə olunmaqla əmək şəraitinin yaxşılaşdırılması üzrə şəhid ailə üzvlərinə, qazilərə, veteranlara və fərdi fermerlərə informasiya və məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan hədəf ərazilərdə fermerlərin kənd təsərrüfatı məhsulu istehsalında əmək şəraiti, istifadə etdikləri texnika və kənd təsərrüfatı avadanlıqları barədə müzakirələr aparılmışdır. Qrup iştirakçıları həyətyanı və pay torpaqlarında kənd təsərrüfatı məhsullarının istehsalında (bostançılıq bağçılıq və s. sahələr) əsasən əl əməyindən istifadə etdiklərini bildirdilər. Həmçinin müəyyən olundu ki, ərazidə kənd təsərrüfatı texnika və avadanlıqlarının azlığı işləri daha da çətinləşdirir. Xüsusi ilə həyətyanı sahələrdə iri texnikalar vasitəsilə iş görmək çox çətin və olduqca baha başa gəlir. Həyətyanı sahələrdə torpağın bellənməsi, səpin, cərgəarası becərmə, meyvə ağaclarına aqrotexniki qulluğun göstərilməsi işləri əksərən əl əməyi ilə yerinə yetirilir.
    Hədəf qrupları ilə aparılan müzakirələrdə həmçinin müəyyən olundu ki, müxtəlif təsərrüfat işlərinin aparılması üçün istifadə olunan kiçik texnikalar (motobloklar, subaqreqatlar, kultivatorlar və sair) barədə çox az məlumatları vardır və hal-hazırda həmin texnikalardan istifadə etmirlər.
    Layihədən faydalananlara məşğul olduqları təsərrüfat sahələrinin hər birində kiçik həcmli tenikalardan istifadə qaydaları, növləri, həmin texnikaların geniş imkanları, əl çatımlığı barədə məlumatlar verildi. Bundan başqa aşağıdakı mövzular üzrə təlimlərin keçirilməsi həyata keçirilməkdədir.

    1. “Kiçik fermer təsərrüfatının səmərəli idarə olunması”,
    2. “Həyətyanı sahələrdə aqrotexniki tədbirlərin aparılması qaydaları”,
    3. “Bazara çıxışın asanlaşdırılmasında marketinq fəaliyyətinin əhəmiyyəti”,
    4. “Kiçik həcmli unversal aqrotexnika nümunəsi olan motoblokdan istifadənin əsasları”


    Qrup iştirakçıları Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bu cür layihələrin maliyyələşməsi ilə həyata keçirilməsinə təşəkkürlərini bildirdilər.

    Qeyd edək ki, “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyi aqrar sahənin inkişafı ilə bağlı ölkədə həyata keçirilən islahatlara kömək etmək, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin, o cümlədən kənd təsərrüfatı mütəxəssislərinin problemlərini öyrənmək və həllinə dəstək verməklə onların aqrar elmi sahəsindəki bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə 18.02.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış qeyri–hökumət (QHT) təşkilatıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR